"İnter"in futbolçusu Arturo Vidal komandasının məşqinə 1990-cı illərə aid avtomobillə gedir.

Rekord.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib. 

Vidal illik 7 milyon avro maaş alsa da, onun maşının dəyəri təqribən 2 min avrodur. Ona görə də Vidalın bu addımı maraqla qarşılanıb.

Qeyd edək ki, futbolçu dəyəri 250 min avro və 400 min avro olan iki avtomobilə də sahibdir.