Çilili yarımmüdafiəçi Arturo Vidal “Flamenqo”dan ayrılıb.

Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu yenə karyerasını Braziliyada davam etdirəcək.

O, “Atletiko Paranaense” ilə 6 aylıq müqaviləyə imza atıb.

Vidal 2022-ci ilin yayından “Flamenqo”da forma geyinirdi. O, komandanın heyətində 23 rəsmi oyuna çıxıb və iki məhsuldar ötürmə edib.