
“Vilyareal”ın keçmiş futbolçusu itkin düşüb
- 08 Mar 2021 15:23
- 624
“Vilyareal”ın keçmiş futbolçusu Franko Akosta itkin düşüb.
Rekord.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, martın 6-da səhər saatlarında qardaşı ilə birlikdə ölkəsi Uruqvayda çaydan keçmək istəyərkən yoxa çıxıb.
Hazırda Akostanın axtarışı davam etdirilir.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2020-ci ilin yayından Uruqvayın “Atletiko” komandasında oynayır. O, 2015-ci ildən ötən ilə qədər "Vilyarreal"ın B komandasında çıxış edib.