"Vilyareall"a oyunu buraxacaq
- 22 May 2021 14:38
- 613
"Real"ın futbolçusu Eden Hazard La Liqanın sonuncu turunda "Vilyarreal"la matçı buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Zinəddin Zidan "AS" nəşrinə açıqlamasında deyib.
O, komandanın kapitanı Serxio Ramosun isə sözügedən görüşdə oynaya biləcəyini vurğulayıb: "Ramos sabah oynaya bilər. Sabah vəziyyətə baxacağıq. Hazard isə özünü narahat hiss edir. Ciddi bir şey yoxdur, amma risk etmək istəmirik. Sabah oynamayacaq".
Qeyd edək ki, "Real" lider "Atletiko"dan 2 xal geri qalır.