“Vilyarreal” keçmiş baş məşqçisini geri qaytardı
- 14 Noy 2023 22:23
- 271
İspaniyalı mütəxəssis Marselino Toral İspaniyanın “Vilyarreal”ın yeni baş məşqçisi olub.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Vilyarreal” və Toral 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
Yəni mütəxəssis cari mövsümün sonuna kimi, sonra isə daha iki mövsüm komandaya rəhbərlik edəcək.
İspaniyalı mütəxəssis daha əvvəl 2013-2016-cı illərdə də “Vilyarreal”ı çalışdırıb.