
Vinisiusun 300-cü oyunu
- 02 Mar 2025 18:40
- 52
İspaniya La Liqasının 16-cı turu "Real"ın futbolçusu Vinisius Junior üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, ötən gün "Betis"lə (1:2) qarşılaşan Madrid klubunun 24 yaşlı vingeri komandasının heyətində 300-cü oyununu keçirib.
O, bunadək paytaxt təmsilçisində ümumilikdə 102 qol vurub və 76 məhsuldar ötürmə edib.
Vinisius "Real"ın heyətində üç dəfə La Liqa, iki dəfə isə UEFA Çempionlar Liqası turnirinin qalibi olub.