AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa 70 illik yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Yığma sabah UEFA Millətlər Liqasının oyununda səfərdə Estoniya ilə qarşılaşacaq. C Liqasının 1-ci qrupunun görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.