Tovuz Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə sektorunun və Tovuz Regional Voleybol Klubunun birgə təşkilatçılığı ilə Heydər Əliyev ilinə həsr olunmuş 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə Tovuz rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon birinciliyində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, Tovuz Regional Voleybol Klubunun direktoru Hüseyn Əhmədov çıxış edərək bildiriblər ki, yarışın keçirilməsində məqsəd voleybol idman növünün yeniyetmə və gənclər arasında təbliğ olunmasıdır.13 komandanın iştirak etdiyi yarışda l yerə S.Kazımov adına Qovlar şəhər tam orta məktəbin komandası, II yerə F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin komandası, III yerə C.Sadıqov adına Qədirli kənd tam orta məktəbin komandası layiq görülübdür. Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.