Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarına türkiyəli mütəxəssis Şahin Çatma rəhbər təyin olunub. "Rekord.az" xəbər verir ki, o, 2017-2021-ci illərdə Türkiyə Voleybol Federasiyasında altyapı qadın milli komandalar üzrə koordinator vəzifəsindən çalışıb. “Galatasaray” klubunun altyapısına məsul olan 63 yaşlı Ş.Çatma həm klub, həm də gənc milli komandalar səviyyəsiəndə çoxsaylı nailiyətlər qazanıb. Təcrübəli mütəxəssisin karyerası və nailiyyətlərini təqdim edirik:


Məşqçilik karyerası:
1995-1997, 1999-2008 Eskişehir Anadolu Universitetinin komandası, məşqçi
1995-1997 Türkiyənin U-16 millisi (Qadınlar), məşqçi
1997-1999 “Yeşilyurt” İdman klubu, məşqçi
2009-2013 Türkiyənin U-16 millisi (Qadınlar), məşqçi
2009-2012 “Nilüfer Belediyespor” (Qadınlar), baş məşqçi
2013 Türkiyənin U-18 millisi (Qadınlar), baş məşqçi
2013-2015 “Bursa BBSK” (Qadınlar), köməkçi məşqçi
2016-2017 “Salihli Belediyespor” (Qadınlar), baş məşqçi
2018 Türkiyənin U-19 millisi (Qadınlar), baş məşqçi
2019 Türkiyənin U-18 millisi (Qadınlar), baş məşqçi
2020 Türkiyənin U-17 millisi (Qadınlar), köməkçi məşqçi
2020 Türkiyənin U-19 millisi (Qadınlar), baş məşqçi


Nailiyyətləri:
Milli komandalar ilə

2010 Türkiyənin U-16 millisi ilə Balkan çempionatında qızıl medal
2011 Türkiyənin U-16 millisi ilə Avropa Gənclərin Olimpiya Festivalında bürünc medal
2012 Türkiyənin U-16 millisi ilə Balkan çempionatında qızıl medal
2012-2013 Türkiyənin U-18 millisi ilə Avropa çempionatında bürünc medal
2013 Türkiyənin U-16 millisi ilə Avropa çempionatında qızıl medal
2017-2018 Türkiyənin U-19 millisi ilə Balkan çempionatında gümüş medal
2018-2019 Türkiyənin U-18 millisi ilə Balkan çempionatında qızıl medal
2018-2019 Türkiyənin U-18 millisi ilə Avropa Gənclərin Olimpiya Festivalında bürünc medal
2019 Türkiyənin U-16 millisi ilə Avropa çempionatında qızıl medal
2020 Türkiyənin U-19 millisi ilə Avropa çempionatında qızıl medal
2020 Türkiyənin U-19 millisi ilə Balkan çempionatında gümüş medal
2020 Türkiyənin U-17 millisi ilə Avropa çempionatında gümüş medal


Klublar ilə:
Türkiyə Kuboku
2009-2010 “Nilüfer Belediyespor” klubu ilə bürünc medalı
2010-2011 “Nilüfer Belediyespor” klubu ilə gümüş medalı
Balkan kuboku
2010-2011 “Nilüfer Belediyespor” klubu ilə qızıl medal
Challenge Cup
2014-2015 “Bursa BBSK” klubu ilə qızıl medal


Şəxsi mükafatları:
2000 8-ci İdman Oyunlarının xatirəsinə Fəxri mükafat
2011 “http://xn--eskiehirliyim-ltc.com/”un “İlin voleybol məşqçisi” mükafatı
2011 Türkiyənin Mədəniyyət Nazirliyinin Xüsusi Şərəf mükafatı
2012 “Milliyyət” qəzetenin “İlin voleybol məşqçisi” mükafatı
2012 İşık Okullarının “İlin voleybol məşqçisi” mükafatı
2014 Bursa Büyükşehir Belediyesinin Şərəf mükafatı
2021 Marafon Türk mükafatlarında “İlin məşqçisi” mükafatı