Almaniyanın “Volfsburq” klubunun yarımmüdafiəçisi Yannik Gerhardt ağır zədə alıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Onun bu gün baş tutan məşq zamanı üz nahiyəsindən ağır zədə aldığı bildirilir. Dərhal xəstəxanaya aparılan 26 yaşlı futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək. Almaniyalı yarımmüdafiəçinin əməliyyat olunması da istisna deyil.

Hələlik, Yannikin hansı müddətə sıradan çıxdığı bilinmir. Amma böyük ehtimalla koronavirus pandemiyasına görə dayandırılan mövsüm mayın 16-da bərpa olunsa, o, bir neçə oyunda komandasına kömək edə bilməyəcək.