Volkov “Zirə”də 23-cü oldu
- 09 Mar 2020 18:40
- 617
Davit Volkov “Zirə”nin heyətində qol hesabını açıb.
Rekord.az xəbər verir ki, gürcüstanlı legioner ilk qolunu Azərbaycan Premyer Liqasının 20-ci turunun “Səbail”lə səfər matçında vurub.
3:1 hesablı qələbədə pay sahibi olan Volkov klub tarixinə qol sevinci yaşayan 64-cü oyunçu kimi düşüb.
O, Premyer Liqada “Zirə” forması ilə fərqlənən 42-ci futbolçu olub. Volkov “qartallar”ın heyətində yüksək dəstədə qol sevinci yaşayan ilk gürcüstanlıdır. Ona qədər Premyer Liqada 17 ölkədən olan 22 legioner fərqlənib. Gürcüstan bu siyahıda 18-ci, Davit isə 23-cü olub. Bu komandada Fransa, Serbiya hərəsindən üç, Paraqvaydan 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, İspaniya, Malavi, Mali, Moldova, Monteneqro, Nigeriya, Qana, Rumıniya, Salvador, Trinidad və Tobaqodan bir futbolçu qol vurub.