"Sabah" - "Neftçi" matçındakı qərarları ilə gündəm olan Vüqar Həsənli qeyri-müəyyən müddətə hakimlikdən uzaqlaşdırılıb.

Rekord.az xəbər verir ki, ən azı mövsümün sonuna kimi ona təyinat verilməyəcək.

Növbəti mövsümdə isə hakimlik edib-etməməsi yalnız yayda AFFA-nın verəcəyi qərardan sonra məlum olacaq.