“Vüqar Həşimov Memorial-2023” superturnirində 1-ci turun cütləri bəlli olub.

Rekord.az xəbər verir ki, püşkatma mərasimi Heydər Əliyev Konqres Mərkəzində baş tutub.

Bu gün keçiriləcək 1-ci turda aşağıdakı cütlüklər üz-üzə gələcəklər:

Nicat Abasov (Azərbaycan) - Yorden Van Forest (Niderland)

Vidit Santoş (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rixard Rapport (Rumıniya)

Boris Qelfand (İsrail) - Arjun Eriqaisi (Hindistan)

Aydın Süleymanlı (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan)

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən 9-cu Vüqar Həşimov Memorialında şahmatçılar 8-10 dekabrda rapid, 11 dekabrda isə blits üzrə mübarizə aparacaqlar.