“Vüqar Həşimov Memorialı”nın loqosu “Alov qüllələri”ndə
- 2023-12-06 14:33
- 158
Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir.
Rekord.az xəbər verir ki, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.
Paytaxt sakinləri turnirin loqosunu axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.
Bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.