Azərbaycanda yeni futbol məktəbi fəaliyyətə başlayıb.

Rekord.az-ın məlumatına görə, bu gündən fəaliyyətinə start verən məktəbin adı "TİME OUT" olacaq.

"TİME OUT" uşaq məktəbinin yaradıcısı futbol ictimaiyyətinin yaxından tanıdğı, Azərbaycan milli komandasının sabiq üzvü Vuqar Nadirovdu.

Məktəbdə 6-9 yaş arası uşaqlara futbolun sirləri öyrədiləcək. Gələcəkdə isə həmin uşaqların arasından seçilən isdedadlıları Azərbaycan Premyer Liqa klublarının akademiyalarına göndərilməsi planlaşdırılır.