Vüsal Albaniya çempionatında ilk matçına çıxdı
- 27 Avq 2023 13:43
- 375
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya çempionatında debüt edib.
Rekord.az xəbər verir ki, onun formasını geyindiyi “Eqnatiya” ilk tur çərçivəsində “Skenderbeu” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Vüsal bu matçın 62-ci dəqiqəsində meydana daxil olub.