![photo](https://www.rekord.az/storage/uploads/5/vusal-11.jpg)
Vüsal İsgəndərli Ermənistana getdi
- 12 İyl 2023 17:30
- 323
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvana yola düşüb.
Rekord.az xəbər verir ki, o, yeni komandası Albaniyanın "Eqnatiya" klubu ilə birgə Ermənistana yollanıb.
Bu haqda Tirana hava limanından bir qrup azərbaycanlı paylaşım edib. Onlar Vüsalın İrəvana yola düşdüyünü yazıb. Futbolçu isə özünün “İnstagram” səhifəsində həmin paylaşımları repost edib.
Qeyd edək ki, Albaniya təmsilçisi Konfrans Liqasında Ermənistanın "Ararat-Armenia" klubuna rəqib olub. Bu komandalar KL-in 1-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcəklər. İlk oyun iyulun 13-də İrəvanda, cavab matçı iyulun 20-də Albaniyada olacaq.
İsgəndərli öz istəyinə uyğun olaraq bu matçlar üçün UEFA-ya sifariş olunub.