Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Boluspor”da növbəti matçına çıxıb.


Rekord.az xəbər verir ki, onun komandası səfərdə Coşqun Diniyevli “Çorum”un qonağı olub.


Türkiyə 1-ci Liqasının 28-ci turu çərçivəsində keçirilmiş oyun Bolu təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Vüsal bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. Coşqun isə sonadək ehtiyatda qalıb.


Matçdan dərhal sonra “Çorum”un baş məşqçisi Serkan Özbalta istefaya göndərilib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.


"Çorum" hazırda turnir cədvəlində 39 xalla 10-cu, "Boluspor" isə 41 xalla 7-ci yerdə qərarlaşıb.