Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı yarımmüdafiəçi qarşılaşmanın 27-ci dəqiqədə penaltidən yararlana bilməyib.

“Keçiörengücü” 6 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.