
Vüsaldan assist, Coşqun üçün qələbə
- 14 Apr 2025 10:30
- 78
Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.
Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 2:2. Vüsal start heyətdə meydana çıxıb və 90+8-ci dəqiqədə əvəzlənib. O, 28-ci dəqiqədə vurduqları ilk qolun məhsuldar ötürməsini verib.
Coşqun Diniyevli “Çorum” isə evdə “Manisa”ya qalib gəlib – 3:2. Millimizin üzvü sonadək oynayıb.
Hazırda “Çorum” 51 xalla 8-ci, “Boluspor” 49 xalla 10-cu pillədə qərarlaşıb.