WSF-nin Azərbaycan nümayəndəliyinin yığıncağı keçirilib
- 06 Fev 2021 16:15
- 755
Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib.
Rekord.az xəbər verir ki, iclasda respublikanın bir sıra bölgələrindəki təmsilçilər iştirak edib.
WSF-nin vitse-prezidenti Yaşar Bəşirov 2020-ci ildə pandemiya səbəbindən baş tutmayan tədbirlər barədə danışıb. Yığıncaqda həmçinin 2021-ci il təqvim planında nəzərdə tutulan yarış və tədbirlərlə bağlı məlumat verilib.
Qeyd edilib ki, WSF-nin Dünya Kubokunun Mayda Naxçıvan şəhərində, Avropa çempionatının isə oktyabrda Bakıda təşkil edilməsi planlaşdırılır. Bildirilib ki, ölkəmizdə kütləvi idman tədbirlərinin təşkilinə icazə verilərsə bu nüfuzlu yarışlar baş tuta bilər.
Nəzərə çatdıraq ki, 5 qitədə fəaliyyət göstərən nüfuzlu WSF təşkilatına 196 ölkə daxildir.