18 iyul 2023-cü il tarixdə saat 17.30-dan 19.30-dək Xaçmaz şəhər Şəxsiyyətlər Parkı ərazisində yerləşən boks idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində “Boks hamı üçün” adlı idman tədbiri keçiriləcək.

Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində məqsəd olimpiya idman növü olan boksun təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

“Boks hamı üçün” adlı idman tədbirinə rayonun gəncləri, idmançıları və sakinləri dəvətlidir.