Xaçmaz rayonunun Şəxsiyyətlər parkında yerləşən boks idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Boks hamı üçün"devizi altında kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, boks üzrə məşqçi Elnur Heydərov və həvəskar idmançılar iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd uşaqların, yeniyetmələrin və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsidir.

Sonda fəal iştirak edən idmançıların İdarə tərəfindən fəxri fərmanlar ilə təltif olunmuşlar.