Xaçmaz bilyard zalında “İdman hamı üçün” layihəsi çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi istiqamətində bilyard üzrə təlimlər keçirilmişdir.


Rekord.az xəbər verir ki, tədbirdə 20 nəfər həvəskar gənclər iştirak etmişlər. 


İştirakçılara bilyardın yaranma tarixi və oyun qaydaları haqqında məlumat verilmiş, müəyyən elementləri yerinə yetirməkdə çətinlik çəkənlərə oyun texnikası əyani şəkildə göstərilmişdir.