Xaçmaz şəhəri Zəfər parkında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş boccia idman növü üzrə Xaçmaz rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirin açılışında Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi Əlibala Alxaslı, Xaçmaz reablitasiya mərkəzinin direktoru Rövşən Muradov çıxış edərək oyun qaydaları, keçirilməsi məqsədləri barədə iştirakçıları məlumatlandırmışlar.

Sonda bütün iştirakçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən serifikatlarla təltif edilmişlər.