Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən boks idman zalında idman ustası, beynəlxalq turnirin qalibi, məşqçi - müəllim Elnur Heydərovun yetirmələri olan yeniyetmə və gənc boksçuların ifasında nümunəvi çıxışlar nümayiş etdirilmişdir.

Rekord.az xəbər verir ki, idmançılara bir neçə boks elementləri göstərilmiş, həmçinin rinqdə qarşılaşmalar keçirilmişdir.

Məşqçi Elnur Heydərov yetirmələrindən bir neçəsinin perspektivli olduğunu, onların gələcəkdə ölkə və beynəlxalq miqyaslı yarışlarda müvəffəqiyyət qazanacaqlarına çox inandığını xüsusi vurğulamışdır.