Xaçmaz Rayon Olimpiya İdman Kompleksinin qaçış zolağında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Atletika hamı üçün” kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd atletika idman növünün təbliği, sağlam həyat tərzinin təşviq olunması, idmana marağın artırılması, həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.

Tədbirdə 40 nəfər gənc və həvəskar idmançı iştirak etmişdir.