Xaçmaz Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektoru və Xaçmaz Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyanın birlikdə təşkil etdiyi "Üzməyi öyrənək" layihəsinin növbəti mərhələsi davam edir.

Rekord.az xəbər verir ki, təlim-məşqlər 1 ay ərzində həftədə 3 dəfə olmaqla keçiriləcək və sonda təlim-məşqlərdə iştirak edən şagirdlər arasında üzgüçülük üzrə yarış təşkil olunacaq.