Xaçmaz Olimpiya İdman Kompleksinin stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun 14 və 17 yaşlı qız futbol komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Rekord.az xəbər verir ki, C kateqoriyalı futbol məşqçisi, idman ustası Fazil Salahovun yetirmələrinin qarşılaşmasında daha təcrübəli olan 17 yaşlılar 3:1 hesabı ilə qələbə qazanıb.

Oyun bitdikdən sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov futbolçu qızlarla söhbət edərək tövsiyələrini verib, gələcəkdə Regional İdarənin onlara dəstək olacağını bildirib, ölkə və beynəlxalq miqyaslı oyunlarda onlara müvəffəqiyyətlər diləyib.

Məşqçi Fazil Salahov qız futbolçuların bir neçəsinin müxtəlif yaş üzrə milli yığma komandaya cəlb edildiyini və namizəd olduğunu qeyd edib.