Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xaçmaz rayon UGİŞM-də "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat üzrə açıq dərslər təşkil olunmuşdur.

Rekord.az xəbər verir ki, açıq dərs zamanı UGİŞM-in şahmat müəllimləri iştirakçılara şahmat oyunu haqqında geniş məlumat verərək onlara müxtəlif gedişlər başa salmışlarlar.

Tədbirdə ümumilikdə 20 nəfərə yaxın məktəbli iştirak etmişdir.