Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Xaçmaz UGİŞM-in birgə təşkilatçılığı ilə şahmat idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə çıxış edən Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov yeniyetmə şahmatçıları salamlayaraq, rayon şahmatçılarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandığı uğurlardan, nailiyyətlərin daha da artırılmasının vacibliyindən, peşəkarlıq və ustalıq keyfiyyətlərinin yüksəldilməsi zərurəti haqqında danışmış və onlara uğurlar diləmişdir.

İdman tədbirini Xaçmaz UGİŞM-in məşqçi-müəllimləri - İdman ustası Bəxtiyar Mərdanov və 1-ci dərəcəli şahmatçı İlqar Poladov idarə etmişlər. Şahmatçılara şahmat nəzəriyyəsi haqqında ümumi məlumat verilmiş, daha sonra seanslar keçirilmişdir.

İdman tədbirində 40 şahmatçı iştirak etmişdir.

Tədbirin keçirilməsi şahmat idman növünün yeniyetmə və gənclər arasında təbliğ və təşviq edilmısi, onların asudə vaxtının səmərəli təşkil olunması, bu idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır.