Xaçmaz şahmat məktəbində Quba - Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümünə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Azad Şeydayev, Xaçmaz rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru, Respublikanın Əməkdar müəllimi Nəriman Babayev, məşqçi-müəllimlər, 8, 10, 12 yaş arasında olan 45 nəfər həvəskar şahmatçı iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsidir.

Tədbirin sonunda müxtəlif yaş qrupları üzrə qaliblər İdarə tərəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunmuşlar.