"İdman həftəsi" çərçivəsində Xaçmaz rayon Muxtar Osmanov adına Mehrəliqışlaq kənd ümumi orta məktəbində karate və universal döyüş idman növləri üzrə tanınmış məşqçi-müəllimlərlə görüş keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə iştirak edən karate üzrə şimal bölgəsinin baş məşqçisi, dünya kuboku və Avropa birincisi Ələddin Əzizov, MMA fedarasiyasının şimal bölgəsinin rəhbəri, Əhməd döyüş klubunun rəhbəri, ikiqat Avrasiya çempionu, Respublikanın universal döyüş üzrə əməkdar müəllimi Süleyman Əliyev məktəblilərə idman nailiyyətləri barədə məlumat veriblər.

Sonda gənclərin sualları cavablandırılıb.