Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şəhidlərin xatirəsinə həsr olunmuş Xaçmaz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol idman növü üzrə rayon birinciliyinin Xudat zona mərhələsi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Azad Şeydayev, məşqçi müəllimlər iştirak etmişlər.

Xudat şəhər 1 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışa Xudat zonası üzrə 8 ümumtəhsil məktəbinin komandaları qatılmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmaların sonunda Xudat şəhər 1 nömrəli tam orta məktəbin və Yeni Həyat qəsəbə tam orta məktəbin komandaları 18 dekabr 2024-cü il tarixində keçiriləcək Xaçmaz rayonu üzrə final mərhələsinə vəsiqə qazanmışdır.