Şəhidlərin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol üzrə Xaçmaz rayon birinciliyinin zona mərhələsi və final oyunları keçiriləcək.

Rekord.az xəbər verir ki, oyunlar 17-18 yanvar, saat 10:30-da Xaçmaz rayonu, Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseydə oynanılacaq.