![photo](https://www.rekord.az/storage/uploads/5/azer-bagirov-11.jpg)
“Xalsız dönmək istəmirdik” - Azər Bağırov
- 10 Fev 2025 19:15
- 45
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşdıqları "Araz-Naxçıvan" ilə oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, qolsuz heç-heçəyə belə şərh verib:
“Çətin oyun oldu. Xalsız dönmək istəmirdik. Zədəli, cəzalı futbolçumuz vardı. Buna baxmayaraq, rotasiya edə bildik. Oyunda məğlub da ola bilərdik. Rəqibin ustalığı, keyfiyyəti göstərdi ki, futbol oynaya bilirlər. Futbolçularıma təşəkkür edirəm. Meydanda vuruşdular. Bəlkə də birinci hissənin sonunda təkbətək epizodu vura bilsəydik, nəticə tam başqa cür olardı. Rəqib üstümüzə daha çox gəlməyə başlayacaqdı. İkinci hissə bizim üçün çətin başladı. Amma yekunda bir xal qazandıq. Məncə, yaxşı nəticədir".