Mayın 20-də ölkə futbol ictimaiyyətinin gözləri Şamaxıda olacaq.

Rekord.az xəbər verir ki, Region Liqasının final qarşılaşmasında “Cəbrayıl”la “Xa Lənkəran” üz-üzə gələcək ki, bununla da gərgin keçən mövsümün qalibi bilinəcək.

“Araz Naxçıvan”a məlum səbəbdən texniki məğlubiyyət verilməsinə görə “Xan Lənkəran”ın finala buraxılması cənub bölgəsində canlanmanın yaranmasına səbəb olub.

Klub rəhbərliyi cümə günü Şamaxı şəhər stadionunda Lənkəran ab-havası yaratmaq niyyətindədir. Bunun üçün azarkeşlərə avtobuslar ayrılıb.

Belə ki, final günü səhər saatlarında Lənkərandan 4 avtobus azarkeş Şamaxı istiqamətinə yola düşəcək.

Əlavə 2 avtobus isə Bakıdan bölgəyə yön alacaq. Avtobusların xərcini klubun prezidenti Pərviz Hüseynov qarşılayacaq.