"Xan Lənkəran" ev oyunlarını hansı stadionda keçirəcək?
- 16 Okt 2021 15:00
- 774
“Xan Lənkəran”ın Region Liqasında iştirakının təsdiqlənməsi lənkəranlı azarkeşlər arasında coşquya səbəb olub.
Rekord.az xəbər verir ki, komanda yoldaşlıq görüşlərini “Fırtınalar meydanı”nda keçirir.
Bildiyimiz kimi, bu arena “Xəzər Lənkəran”ın balansındadı. Görəsən, “Xan Lənkəran” bunun qarşılığında stadion rəhbərliyinə ödəniş edirmi?
Bu suala aydınlıq gətirmək üçün klubun meneceri Emin Təyyaroğlu ilə əlaqə saxladıq: “Klub həvəskar şəkildə fəaliyyət göstərir. Meydanı icarəyə götürürük. Maliyyə məsələlərini isə birtəhər düzəldirik. İnşallah, gələcəkdə daha da yaxşı olar”. ("Futbol plus).
Maraq üçün qeyd edək ki, AFFA rəhbərliyi ilə "Xəzər Lənkəran" rəhbərliyi arasında problemlər yaşandığından federasiya hətta uşaq liqalarının oyunlarını da "Fırtınalar meydanı"na salmırdı. Bu mənada "Xan Lənkəran"ın da AFFA tərəfindən hansısa təzyiqlə üzləşəcəyi gözlənilsə də, hələlik bunun şahidi olmuruq. (rekord.az)