Xankəndi stadiounun tutumu nə qədər olacaq?
- 23 Noy 2023 13:00
- 2022
İlin sonuna kimi Xankəndi şəhər stadionunda "Qarabağ"ın iştirakı ilə bir matçın baş tutacağı gözlənilir.
Rekord.az xəbər verir ki, hazırda arenada ciddi hazırlıq işləri gedir.
Məlum olduğu kimi, qondarma bayrağın əks oldunduğu oturacaqlar sökülüb. Tribunalara yeni oturacaqlar quraşdırılacaq. Əldə etdiyimiz məlumata görə, yeni oturacaqlardan sonra arenanın tamaşaçı tutumu təxminən 12 min nəfər olacaq. Gələcəkdə bu sayın artıb-azalması ilə bağlı qərarı isə gənclər və idman nazirliyi verəcək.