![photo](https://www.rekord.az/storage/uploads/3/xankendi-stadium.jpg)
Xankəndidə ilk matç bu tarixdə oynanacaq! meydan sahibi "Qarabağ"!
- 16 Noy 2023 12:57
- 588
İşğaldan azad edilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk rəmsi matçın tarixi və iştirakçıların adları müəyyənləşib. “Rekord.az” xəbər verir ki, arenada ilk qarşılaşma bu ilin 21 dekabr tarixində oynanacaq.
Matç Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində keçiriləcək. Son Azərbaycan çempionu “Qarabağ” kubokun II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.
Stadionda yenidənqurma işləri yekunlaşmaq üzrədir və matç barədə rəsmi açıqlama bu həftə veriləcək.