Xankəndidə keçirilən "Qarabağ" - MOİK matçını izləyənlər arasınsa həm I, həm də II Qarabağ müharubəsi iştirakçısı, qazi, "Horadiz əməliyyatı"nın əsas təşkilatçısı və iştirakçılarından olmuş Zahir Həsənov da var idi.

Rekord.az xəbər verir ki, Həsənov həm də vaxtı ilə hakimlik edib, ittifaq dönəmində həm Azərbaycan, həm də SSRİ çempionatının oyunlarını idarə edib.

Səfər çərçivəsində onunla da görüşüb təəssüratlarını öyrəndik: "Bu stadionda sonuncu hakimlik etdiyim oyun Azərbaycan çempionatının II liqası çərçivəsində "Spartak" (Xankəndi) - "Şamaxı" komandasının oyunu olub. 1987-ci ildə. O vaxt Xankəndi komandasının baş məşqçisi Balayan idi. 36 ildən sonra yenidən bu stadiona, bu şəhərə qayıtmaq çox xoşdu. Xankəndi gözəl şəhərdi, havası təmizdi, stadionu da gözəldi. Sağ olsun, bu sevinci bizə yaşadan Ali Baş komandan. Düzdür, mən hər iki Qarabağ savaşında iştira etmişəm, ona görə həm Ulu öndər Heydər Əliyevin, həm də onun övladı İlham Əliyevin əsgəri olmuşam. Çox yaxşı ki, bugünkü gündə bu oyunu bura təyin ediblər. Mən özüm futbolda təsadüfi adam deyiləm. Çox istərdim ki, bundan sonra da buradakı oyunlar davamlı olsun. Xankəndi stadionunda ən çox oyun keçirdən azərbaycanlı Əziz Əliyev olub, qapıçı. Əvvəl "Neftçi"də dayanırdı. sonra getdi uzun illər "Qarabağ"ın şərəfini qorudu. Qoy bundan sonra da burda azərbaycanlı balaları futbol oynasın, Xankəndiyə böyük futbol qayıtsın və biz də bütün bunlara fəxrlə baxıb sevinək. Allah bütün şəhidlərimizə  rəhmət eləsin, qazilərimiz də can sağllğı versin".