AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov hazırkı komitə rəhbərliyini sərt şəkildə tənqid edib.

Rekord.az xəbər verir ki, “İdman” TV-də yayımlanan “Mərkəz xətti” verilişində qonaq olan Məmmədov hakimliyin səviyyısinin düşdüyünü də dilə gətirib.

Eyni zamanda bəzi hakimlərin məqsədli şəkildə irəıli çəkildiyini də dilə gətirib: “Açıqlama verilib ki, FUFA referilərinin sayı artıb. Ağ yalandı. Sadəcə, indiyə kimi qadın FİFA referlərinin adı ayrıca göndərilirdi, bu dəfə onu da qatıblar kişi hakimlərinin siyahısına. Bunu da artım kimi, təqdim edirlər. Hələ mən sizə deyim ki, bizim dövrümüzdə iki FİFA qadlın hakimimiz var idi İndi bir Yuliya Qurbanova qalıb. Futzal vıə çimərlik futbolunda da say azalıb. Bizim vaxtımızda 23 FİFA referimiz var idi. Hazırda bu say 17-ə bərabərdir. Say azalır, keyfiyyət aşağı düşür. Rəhim Həsənovun adı FİFA-ya göndərilməıyib. Bunu hardasa başa düşmək olar. Çünki FİFA və UEFA-nın yazılmamış qanunu var ki, bir hakim ki, 3 dəfə ardıcıl olaraq 3-cü kateqoriyadaj qalxa bilmirsə, onları yenidən təqdim etmək düzgün deyil. Bu mıənada Rəhimin adının UEFA-dan çıxarılmasına normal baxmaq olar. Amma o hakimin adını göndərmirsənsə, gərək əvəzində yetişdirdiyin yeni adı göndərəsən. Elə hakim ola ki, əvvəlkini layiqincə əvəzləyə. Bizdə Rəhim səviyyəsində hakim yetişib? Elçin Məsiyevin adını göndəriblər. Düşünürəm ki, Elçin hələ o səviyyədə hakim deyil ki, adı FİFA-ya göndərilsin. Eşitdiyimə görə rəhbərliyin sevimli kadrlarından biridir. Tək o yox, başqa 3-4 gənc hakim də var ki, sırf rəhbərliklə yaxın münasibətinə görə, oyunlara təyinat alırlar. Hətta bir ara laysmanı 4-cü hakim kimi oyunlara göndərirdilər. Bunun üstündə hakimlər arasımda “üsyan” da baş vermişdi. Təcrübəli hakimlər bundan kəskin narazılıq etdilər. Həqiqətən də heç yerdə laysmanı 4-cü hakim kimi oyunlara göndərmirlər. 4-cü hakim ancaq referi olmalıdır. Bu “üsyan”dan sonra rəhbərlik həmin qərarı dəyişmişdi”