Tanınmış futbol veteranı, "Səbail"in müşahidə şurasının sədri Əbdülqəni Nurməmmədov Azərbaycan millisinin hazırkı durumuna münasibət bildirib.

Rekord.az-a açıqlamasında Nurməmmədov bunları dilə gətirib: "Milli komandanın dərdi hamımız üçün eynidi. Nə bilim, çıxış yolu haqda danışmağa çətinlik çəkirəm, deyə bilmirəm. Bəlkə cavanlaşdıraq? Xarici futbolçulara pasport verib milləşdiririk, bu olmasın".