Belarusun paytaxtı Minskdə sərbəst güləş üzə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.


Rekord.az xəbər verir ki, fevralın 13-də start götürən yarışa bu gün yekun vurulub.


Memorialda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 güləşçi təmsil edib. Milli üzvləri 1 gümüş və 2 bürünc medal qazanıb.


74 kq-da Turan Bayramovla Qadjimurad Omarov çıxış edib. Olimpiadadan sonra ilk yarışına çıxan Bayramov belaruslu Nikita Dmitriyevlə qazaxıstanlı Erbarıs Satıbaldın üzərində 8:0 hesablı qələbələrlə, Omarov isə rusiyalı İmam Qanişovla (6:1) belaruslu Yeqor Akuliniçi (6:3) üstələyərək yarımfinala yüksəlib. Turan finalın bir addımlığında rusiyalı İnalbek Şeriyevə 2:5 hesabıyla məğlub olubsa, Qadjimurad türkiyəli Fazlı Eryılmazdan güclü olub – 6:3. Bayramov rusiyalı Kantemir Senova 3:2 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb. Omarov finalda Şeriyevə uduzub (3:11) və gümüş medalı boynundan asıb.


Şamil Zubairov (92 kq) 1/8 finalda rusiyalı Mustafaqadji Malaçdibirova 4:6 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuka (13:1), bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Abdulla Qamzatova (4:3) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


Əfqan Xaşalov (57 kq) Musa Ağayev (65 kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) yarışı medalsız başa vurub.