Qətərin “Əl Sədd” komandasının baş məşqçisi Xavi “Barselona”nın və İspaniya millisinin gənc futbolçusu Qavi haqda danışıb.

Rekord.az xəbər verir ki, AS nəşrinə açıqlama verən Xavi, 17 yaşlı yarımmüdafiəçinin böyük istedadının olduğunu söyləyib:

“Qavinin böyük istedadı var. 17 yaşı var, amma 30 yaşlı biri kimi oynayır. Çox təəccüblənirəm. O, daha yüksək səviyyədə oynaya biləcəyini indidən göstərir.

Bu, inanılmazdır. Texniki cəhətdən də çox yaxşıdır. Uğurlu olmaq üçün lazım olan fiziki keyfiyyətlərə də sahibdir. Qarşıda böyük gələcəyi var”.

Qavi bu mövsüm “Barselona” ilə 10 oyuna çıxıb.