Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes adının "Barselona" ilə hallanmasına münasibət bildirib.

Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunları deyib:

"Hədəfim "Barselona"nı çalışdırmaqdır. Bu, məqsəd və xəyalımdır. Bu istəyimi heç vaxt gizlətməmişəm.

Bu təyinatın bir gün reallaşacağını bilmirəm. Hazırda "Əl-Sədd" klubunda özümü yaxşı hiss edirəm və bu komandanı çalışdırdığım üçün qürur duyuram".

41 yaşlı mütəxəssis 2019-cu ildən Qətər klubunu çalışdırır.

İspaniya millisinin keçmiş futbolçusu 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”da çıxış edib.