Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya “Barselona”sının sükanı arxasına keçəcəyi vaxt müəyyənləşib.

Rekord.az "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.

İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.

Daha öncə İspaniya mətbuatı “Barselona” rəhbərliyinin Xavi və “Əl Sədd” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Qətərə yola düşdüyünü yazıb. "Əl Sədd" rəhbərliyinin Xavini buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi bildirilir.