“Xetafe” Avroliqa matçı üçün İtaliyaya getməkdən imtina etdi
- 11 Mar 2020 19:20
- 541
İspaniyanın "Xetafe" komandası Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə keçirəcəkləri matç üçün İtaliyaya getməyi rədd edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun prezidenti Anxel Torres məlumat verib.
O, koronavirusla bağlı vəziyyətin düzəlməyəcəyi təqdirdə matça getməyəcəklərini bildirib: "Pley-offda məğlub olmaq məcburiyyətində qalsaq, uduzacağıq. Heç bir halda sağlamlığımızı təhlükəyə atmayacağıq. UEFA-dan oyunla bağlı xahiş etdik. Koronavirusa görə problem istəmirik. Ən düzgün seçim matçı təxirə salmaqdır".
Qeyd edək ki, "İnter" - "Xetafe" matçı martın 12-də keçirilməlidir. Komandalar arasındakı cavab oyunu martın 19-da olacaq.