"Turan Tovuz" - "Səbail" matçından sonra "Turan Tovuz"un baş məşqçisi Syxan Abbasovun Xəyal Nəcəfovla bağlı sualı cavablandırarkən onu komandada saxlamaq üçün müqavilə ilə məxsus olduğu "Neftçi" ilə danışıqlar aparacaqlarını deməsi sual yaratdı. İş ondadır ki, Xəyal "Neftçi"yə 2021-ci ildə "Sumqayıt"dan keçib. Həmin vaxt da 2 illik müqavilə bağlayıb. Müqavilə isə bu ilin yayında bitir. Belədirsə, Xəyalın "Neftçi" ilə müqaviləsi necə ola bilər?

Rekord.az məsələ ilə bağlı qısa araşdırma aparıb və məlum olub ki, məsələ bir qədər fərqlidir.

Belə ki, "Xəyal" "Neftçi"də 1 il oynadıqdan sonra, keçən yay icarə əsasında "Turan Tovuz"a keçib. Amma Tovuza gəlməmişdən öncə, "Neftçi" ilə qüvvədə olan 1 illik müqaviləsini dondrub. Yəni son 1 ili "Turan Tovuz"da oynasa da, "Neftçi" ilə 1 illik müqaviləsi öz qüvvəsində qalıb. Bu üzdən 2023-cü ilin yayı olsa da, Xəyal hələ də müqavilə ilə "Neftçi"yə məxsus futbolçu sayılır ona görə "Turan Tovuz" yenidən paytaxt klubu ilə danışıqlar aparmalıdır.

QEYD: Dünya futbolunda futbolçuların transferi, eləcə də onların icarəyə verilməsi FİFA tərfindən müəyyən olunmuş vahid qaydalar çərçivəsində aparılır. Sırf bu məsələdə klub futbolçu ilə xüsusi anlaşma əldə edib onu müqaviləyə daxil edə bilməz. Yəni sən gəl, mənimlə 3 illik müqavilə bağla, 1 il sonar sonra yerdə qalan 2 ili dondur və get icarəyə, icarə qaydasında ürəyin istəyən qədər oyna, amma hüquqi baxımdan yenə də mənə məxus olursan. İndi belə çıxır ki, Xəyal "Neftçi" ilə yenə müqaviləsini dondurub "Turan Tovuz"a qayıda bilər. Yaxud bir başqa kluba keçib orda oynaya bilər. Deyək ki, gələn il hansısa Avropa klubundan təklif alsa, "Neftçi" dərhal dövriyyəyə girəcək ki, mənimlə dondurulmuş müqavilən var və səni istəyən klub mənimlə danışmalı, mənə pul ödəməlidir. Əldə etdiyimiz məlumata görə, bizdə dondurulmuş müqavilə ilə bağlıı hansısa hüquqi prosedur yoxdur. Belə olan halda, "Neftçi" bunu hansısa əsasla edib? Hər halda, çalışacayıq "Neftçi" klubunun da məsələyə münasibətini öyrənək.