![photo](https://www.rekord.az/storage/uploads/5/xeyal-necefov-1-1.jpg)
Xəyal Nəcəfov üçün “100" nömrəli forma
- 16 Apr 2021 23:56
- 1428
“Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov ötən tur Premyer Liqada 100-cü matçına çıxıb.
Rekord.az xəbər verir ki, bu münasibətlə, 23-cü turun "Sumqayıt" - "Qəbələ" matçından öncə klub prezidenti Riad Rəfiyev yarımmüdafiəçiyə "100" nömrəli oyun geyimini təqdim edib.
Qeyd edək ki, "Sumqayıt" Futbol Akademiyasının yetirməsi, 2014/15 mövsümündən əsas komandanın şərəfini qoruyan "97 nömrə" Xəyal Nəcəfov meydanda olduğu 100 oyunda (6138 dəqiqə) 2 dəfə rəqib qapılarına yol tapmağa nail olub.